Təxəyyül


                                Təxəyyül   
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni sürətlərin yaradılmaından ibarət olan psixi prosesə təxəyyül deyilir.
        Təxəyyülün 2 növü var:passiv və aktiv
Passiv təxəyyül- niyyətli və niyyətsiz olmaqla iki yarımqrupa ayrılır.
Aktiv təxəyyül-bərpaedici və yaradıcı olmaqla iki yarımqrupa ayrılır.
Bərpaedici təxəyyülə əvvəlki təcrübəyə əsasən olan bir obrazı canlandırmaq ,insanın boyunu,çəkisini,saçının rəngini və s.aid etmək olar.
Yaradıcı təxəyyül heç vaxt,heç kimsə tərəfindən görülməyən,bilinməyən obrazların,əşyaların və s.yaradılmasıdır.
Uşaqlarda təxəyyül ikinci yaşın sonunda, üç yaşında yaranmağa başlayır.İlk təxəyyülün bərpaedici forması yaranır.Bu uşaqların nağıllara qulaq asarkən cizgi filmlərdə gördükləri personajlara uyğun olan obrazları  bərpa etməyə çalışması ilə bağlıdır.
Xülya-İnsan əsrarəngiz sürətlər yaradır,onları gözü qarşısında canlandırır.Lakin onların gerçəkləşməsi mümkun deyil.
Xəyal-Arzu edilən gələcəyin sürətini yaratmaqdan ibarət olan təxəyyül prosesidir.Onun gələcəkdə gerçəkləşməsi real ola bilər.
     Təxəyyül sürətlərinin yaradılması prosesi:
Təhlil- Bir obrazı yaratmaq üçün müxtəlif obrazların təhlil edilməsi aiddir.
Tərkib-Bu sürətlərin ümumiləşdirilərək bir obrazın yaradılması aiddir.

                                                      

Комментарии